Mən Daşdəmir Bayramov - "Autodesk Certified Instructor" (ACI) statusuna malik təlimçi olaraq, dərsləri "Autodesk"in Azərbaycandakı rəsmi tərəfdaşı olan "ICE Academia" tərkibində tədris edirəm. Tədris prosesi həm mənim, həm də akademiyanın digər beynəlxalq sertifikatlı ekspertlərinin iştirakı ilə həyata keçirilir.

Kursu uğurla başa vuran iştirakçılara iki sənəd təqdim olunur: "ICE Academia"nın rəsmi diplomu və "Autodesk"in beynəlxalq səviyyədə tanınan sertifikatı. Beləliklə, burada qazandığınız nəticə yalnız biliklərdən ibarət deyil, həm də peşəkar əmək bazarında təsdiqlənmiş rəsmi statusdur.<ətraflı>